Alman deputatlar İraqa əsgər göndərilməsini dəstəklədi

20:00 | 30.01.2015
Alman deputatlar İraqa əsgər göndərilməsini dəstəklədi

Alman deputatlar İraqa əsgər göndərilməsini dəstəklədi

Almaniya Federal Parlamentində peşmərgə qüvvələrinə təlim keçməsi üçün 100 hərbi mütəxəssisin İraqa göndərilməsi məsələsi səsə qoyulub və 590 deputatdan 457-si bunu dəstəkləyib. Şimalı İraqa göndəriləcək hərbi mütəxəssislər İŞİD-ə qarşı döyüşən peşmərgə əsgərləinə yeni hərbi texnologiyaların sirrlərini öyrədəcəklər.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, federal hökumət Şimali İraqa hərbiçiləri göndərmək səbəbini İŞİD-in sürətli şəkildə irəliləməsi, İraqın 3-də 1-nə hakim olması, eləcə də milyonlarla insanın həyatının təhlükə altında qalması ilə izah edib.

Almaniyanın müdafiə naziri xanım Von der Leyen  fevral ayının sonların qədər Şimali İraqdakı peşmərgə qüvvələrinə daha çox silah yollayacaqlarını deyib. 2014-cü il ərzində almanlar peşmərgəyə təxminən 70 milyon avroluq silah-sursat yollamışdı. Ötən həftə İraqda olan müdafiə naziri bu il ərzində peşmərgə qüvvələrinə yardımı əsirgəməyəcəklərini bildirmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM