Alman xalqı NATO-nun işini lazımsız bilir

14:04 | 30.12.2014
Alman xalqı NATO-nun işini lazımsız bilir

Alman xalqı NATO-nun işini lazımsız bilir

"YouGov" araşdırma təşkilatı maraqlı araşdırma aparıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, araşdırmaya görə alman xalqının yalnız üçdə biri Almaniya xaricində hərbi xidmətin lazımlı olduğunu düşünür. Sorğu aparılanların 51 faizi alman əsgərlərinin ölkədən kənarda hərbi xidmətinə qarşı çıxıb. Xalq alman əsgərlərinin qarşıdurmaya qatılmadan hərbi xidmət etməsinə şübhə ilə baxır.

Əhalinin çoxu Almaniyadan əsgərlərin kənarda hərbi məsuliyyət boynuna götürməsini prinsip olaraq rədd edir.
Araşdırma təşkilatının Əfqanıstanla bağlı suallarına cavab verənlər NATO-nun işini tənqid ediblər. "YouGov"un araşdırmasına qatılan hər on adamdan altısı Əfqanıstandakı xidmətin heç bir işə yaramadığını söyləyib. Yalnız beş adamdan biri bunun lazımlı olduğunu ifadə edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti