Almaniya ABŞ-a xəbərdarlıq yolladı

18:57 | 02.02.2015
Almaniya ABŞ-a xəbərdarlıq yolladı

Almaniya ABŞ-a xəbərdarlıq yolladı

Almaniya ABŞ-ın Ukraynaya silah göndərmək məsələsi ilə bağlı başlamaq istədiyi danışıqları pislədi və qəti şəkildə xəbərdalıq etdi

Almaniya hökumətinin ortağı, Sosial Demokrat Partiyasının üzvü, partiyanın xarici siyasət məsələləri üzrə sözçüsü Niels Annen "Əgər ABŞ Ukraynaya silah göndərəsə, bu yeni problemlərin yaranacağı deməkdir" - açıqlamasını verib.

ANN.Az xəbər verir ki, bu barədə Almaniyanın "Die Zeit" qəzeti yazıb. Sosial demokratçının sözlərinə görə, Ukraynadakı problem hərbi yolla çözülməyəcək: "İndiyə qədər hərbi yolla bunu həll etmək istədilər, amma bacarmadılar. Bundan sonra da bacarmayacaqlar. Ən optimal yol diplomatik yoldur".

Xatırladaq ki, bir-neçə gün öncə "New York Times" qəzeti hökumətdəki qaynaqlarına istinadə edərək ABŞ-ın xarici işlər naziri Con Kerri və Silahlı Qüvvələrin baş komandanı Martin Dempseyin Ukraynaya silah göndərilməsi məsələsini müzakirə etməyə hazır olduqlarını yazmışdı.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM