Almaniya ABŞ casusluğunun qarşısını belə alacaq

22:03 | 15.07.2014
Almaniya ABŞ casusluğunun qarşısını belə alacaq

Almaniya ABŞ casusluğunun qarşısını belə alacaq

ABŞ-ın Baş nazir Angela Merkeli də dinlədiyi məlum olduqdan sonra Almaniyada böyük bir qalmaqal yaşanır. 

Rəsmilər bu istiqamətdə bir çox tədbirlər görərkən, ötən gün daha bir maraqlı detal ortaya çıxıb. 

Belə ki, Almaniya Federal Məclis Araşdırma Komissiyası, daxili və xarici yazışmalarda casusluğa qarşı qorunmaq məqsədiylə yazı makinasından istifadə edəcək. 

Komissiyanın rəhbəri Patrik Sensber bu barədə yayılan xəbəri alman telekanallarının birinə müsahibəsində təsdiqləyib. 

Sensber "Gizli sənədləri yazmaq üçün təəssüf ki, bu qərarı almaq məcburiyyətində qaldıq. Ölkə təhlükəsizliyi üçün lazım olan hər addımı atmamız şərtdir. Hətta digər deyə bilməyəcəyim rabitə vasitələrindən istifadə etməyə də davam edəcəyik" deyə müsahibəsində qeyd edib (ANS).

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM