Almaniya: Azərbaycan müxtəlif hərbi blokların diqqət mərkəzindədir

16:31 | 13.11.2014
Almaniya: Azərbaycan müxtəlif hərbi blokların diqqət mərkəzindədir

Almaniya: Azərbaycan müxtəlif hərbi blokların diqqət mərkəzindədir

Azərbaycan müxtəlif hərbi blokların diqqət mərkəzindədirANN.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Neue Zürcher Zeitung” nəşri yazıb.Nəşrə görə, Qərb-Rusiya qarşıdurmasında Bakı ən əhəmiyyətli faktordur: “Tərəflərin  hər biri Azərbaycanı ələ almaq istəyir. Bu onlar üçün vacibdir. Qərbin NATO-su da, Rusiyanın KTMT-sı da, eləcə də bir sıra digər hərbi bloklar üçün Azərbaycan potensialı tərəfdardır. Lakin Bakı öz tərəfini bəlli edib və heç bir bloka qoşulmaq niyyətində olmadığını açıqlayıb”.Azərbaycanla yanaşı Qazaxıstanın da diqqət mərkəzində olduğunu yazan nəşr Bakını Cənubi Qafqazın, Astananı isə Mərkəzi Asiyanın gözü adlandırıb.“Ukrayna böhranından sonra bir çox ölkələr siyasi və iqtisadi kurslarını bəlli edirlər. Onlar bir növ buna məcburdurlar. Azərbaycan və Qazaxıstan əsaslı enerji mənbələrinə sahibdirlər. Bakı neftini daha çox Qərb alsa da, Qazaxıstan nefti üçün əsas bazar Çin və Rusiyadır. Astana həm də Rusiyanın Avrasiya İttifaqında əsas oyunçu olaraq yer alır”, - deyə nəşr bildirir.

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin Cənubi Qafqaz və Mərkəzi Asiya səfərlərinə diqqət çəkən “Neue Zürcher Zeitung” bunu Avropa Birliyinin Bakı və Astanaya xüsusi dəstək jesti olduğunu yazıb: “Alman nazir Avropanın mövqeyini bu ölkələrə çatdırdı. Maraqlıdır ki, bir sıra Avropa təşkilatlarının Azərbaycanı və Qazaxıstanı ittiham etdiyi insan haqları məsələsi Ştaynmayerin səfərində gündəmə gəlmədi. Görünür, Avropa ehtiyatla hərəkət edir. Rusiya prezidenti Vladimir Putinin avqust ayında “Qazaxıstan böyük rus torpaqlarının bir hissəsidir” bəyanatı, həmçinin Astananın dövlətçilik ənənələrinə sahib olmaması haqqında dedikləri münasibətləri müəyyən qədər soyutmuşdu. Məhz həmin ərəfədə Ştaynmayerin regiona səfəri ən azından simvolik dəstək xarakteri daşıyırdı. Yəni Qərb “sizin yanınızdayıq” mesajını hər iki ölkəyə verirdi”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti