Almaniya hökuməti Fətullah Gülənin bu ölkədəki hesabını dondurmaq tələbini yerinə yetirməkdən imtina edib.
"Report”un məlumatına görə, bu barədə "Spiegel” mənbəyə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Ankara tərəfindən müvafiq tələb Almaniyanın Xarici İşlər Nazirliyinə bu ilin yazında göndərilib. Sənəddə Türkiyəni tərk edən və Gülənlə əlaqəsi olan 80 nəfərin adı qeyd edilib.
Almaniyanın hakimiyyət orqanları iyunun sonunda Türkiyənin sorğusunu rədd edib. Almaniyanın Xarici İşlər Nazirliyi Daxili İşlər və Ədliyyə Nazirlikləri ilə məsləhətləşmədən sonra Ankaraya cavab verib. Sənəddə bildirilib ki, onların əlində bu addımı atmaq üçün "hüquqi əsas” yoxdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !