Almaniya hicab qadağasını ləğv edir

17:39 | 13.03.2015
Almaniya hicab qadağasını ləğv edir

Almaniya hicab qadağasını ləğv edir

Almaniya Konstitusiya Məhkəməsi məktəblərdə müəllimlərə də aid edilən hicab qadağasının din azadlığı ilə uyğun gəlmədiyi barədə qərar verib.

ANS PRESS-in məlumatına görə, Şimali Reyn Vestfaliya torpağında keçirilən məhkəmədə hicab qadağasının Konstitusiyaya uyğun gəlmədiyi barədə iki müraciətə baxılıb. Qərarda tərəfsizlik və məktbədaxili sülh baxamından çıxış edildiyi bildirilib, hicabla bağlı qadağaya ciddi əsas olmadığı vurğulanıb.

2003-cü ildə Ştutqartlı müəllim Fereşta Ludla bağlı işdə Konstitusiya Məhkəməsi qanuni əsası olduqda, məktəblərdə hicabın qadağan edilə biləcəyi barədə qərar vermişdi. Bundan sonra bir çox əyalətlərin yerli hakimiyyətləri məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı qərar vermişdilər.

Amma Konstitusiya Məhkəməsi Reyn Vestfaliya torpağı ilə verdiyi qərarda belə qadağanın Konstitusiyaya zidd olmasını vurğulayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM