Almaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında lazım olan dəstəyi göstərməyə hazırdır. Bunu Almaniya Kansleri Olaf Şolts deyib.
"Almaniya hər iki ölkəyə sülh istiqamətində lazım olan dəstəyi göstərməyə hazırdır. Demarkasiya ilə bağlı addımı da alqışlayırıq", - Şolts aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.
Bundan əvvəl Amerika, Avropa və bir sıra ölkələr Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanmasını dəstəklədiyini açıqlayıb.
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır.
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb.
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib.
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !