2015-ci ilin 6 ayında Azərbaycandan Almaniyaya 922 milyon 890.12 min dollar (təxminən 1 milyard dollar) dəyərində məhsul ixrac olunub.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə, 153 milyon 160 min dollar və ya 17% azdır.
Bundan başqa, qeyd edək ki, bu ölkədən Azərbaycana 2015-cü ilin I yarısında 383 milyon 030.77 min dollar dəyərində məhsul ixrac edilib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 63 milyon 155.86 min dollar çoxdur.
Qeyd edək ki, Almaniya Statistika Komitəsinin (Destatis) məlumatına görə, bu ölkə iyun ayında üçüncü ölkələrdən (Avropa Birliyi xaricindəki) 16,8 milyard avroluq məhsul alıb. Adıçəkilən ölkələrə isə cəmi 44,5 milyard avroluq məhsul idxal edib.
2015-ci ilin iyun ayının ötən ilin analoji dövrü ilə müqayisə etdikdə, Almaniyanın AB xaricindəki ölkələrə ixracatı 15,8%, bu ölkələrdən idxalı isə 8,9% artıb.
Ümumilikdə Almaniyanın ixracatı iyun ayında may ayına nisbətən 1% azalıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !