Almaniya ilə Türkiyə arasında gərginlik yaranıb

15:23 | 04.07.2024
Almaniya ilə  Türkiyə arasında gərginlik yaranıb

Almaniya ilə Türkiyə arasında gərginlik yaranıb

Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə "Der Spiegel" jurnalı Almaniya XİN-in nümayəndəsinə istinadən məlumat yayıb.

Səfirin çağırılmasına səbəb  Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalınında "bozqurd” işarəsi göstərməsi olub.
 
UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında "bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başlayıb.
 
Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir. Almaniyanın daxili işlər naziri Nensi Feser də istintaq başlanılmasını istəyib.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM