ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, onlar peşmərgələrə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçəcək. Federal hökumətin qərarından sonra mətbuata danışan Almaniya müdafiə naziri Ursula Von Der Leyen İŞİD-in "inanılmaz bir vəhşilik" etdiyini bildirərək əsl vəzifənin "İslam Dövlətini" dayandırmaq olduğunu söyləyib.
Solçu Partiya Federal Parlament Qrupunun rəhbəri Gregor Gysi isə qərarın Federal Konstitusiyaya uyğun olmadığını, Konstitusiya Məhkəməsinə müraciət edərək qərarı ləğv etdirə biləcəklərini deyib.
Qeyd edək ki, Federal Alman hökumətinin Şimali İraqa əsgər göndərmə qərarı alman qanunlarına görə mübahisəli bir mövzudur. Bunun üçün BMT-dən, yaxud da NATO-dan təlimat alınması lazımdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !