Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Avropa klublarının maraq dairəsinə düşüb.
"Report" "sportowefakty.wp.pl" saytına istinadən xəbər verir ki, Almaniyanın "Herta Berlin", "Hoffenmhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) komandalarının skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər.
Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə "Lex"ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.
Skautların siyahısında Emreli ilə yanaşı, onun komanda yoldaşları Mayk Navrotski və Mateuş Veteskanın, həmçinin qonaqlardan Yakub Kaminski, Mikael İshak və Lyubomir Şatkanın da adları var.
Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !