Almaniya Federativ Respublikası qaçqın statusu almayacaq şəxslərin qısa müddətdə deportasiya olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayır.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, qanun ölkədə sığınacaq almayacaq şəxslərin xəbərdarlıq olmadan, ilin bütün fəsillərində deportasiya olunmasını nəzərədə tutur.
Həmin miqrantların gəldikləri ölkərə geri dönməsi üçün sərnişin, lazım gələrsə hərbi təyyarələrdən bütün fəsillərdə istifadə olunması nəzərəd tutulur.
Bundan əvvəl, Almaniyanın bəzi yerli vilayətləri miqrantların deportasiyasını 1 noyabr- 31 mart tarixlərində gerçəkləşdirmirdi. Almaniyanın hakimiyyətinin qanunları sərtləşdirməsinə səbəb ölkəyə hər gün 6,5 -9,5 min mühacirin daxil olması göstərilir.
Bu ilin sonuna qədər Almaniya 1-1,2 milyon mühacir qəbul edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !