Almaniya miqrantları geri qaytarır

13:02 | 29.10.2015
Almaniya miqrantları geri qaytarır

Almaniya miqrantları geri qaytarır

Almaniya miqrant axını ilə bağlı tədbirləri sərtləşdirib. Oktyabrın 28-də bildirib ki, Balkanlardan və Əfqanıstandan olan, sığınacaq üçün müraciəti rədd edilənlər geri qaytarılacaq.

Bəyanatı daxili işlər naziri Thomas de Maiziere verib.

Bu il yüzminlərlə miqrant Avropaya üz tutub. Onlar əsasən Suriya, İraq və Əfqanıstandan gəlirlər. Çoxu da iş yerlərinə görə Almaniyanı seçir.

De Maiziere Berlində mətbuat konfransında deyib ki, son günlər qaçqın axını lap sürətlənib. Almaniya milad bayramınadək minlərlə qaçqının sığınacaq məsələsinə baxır.

"Gələn həftələr ərzində, deportasiyaların, könüllü gedişlərin sayı ciddi artacaq,” nazir deyib. "Balkanlardan olan, ərizəsi rədd edilmiş minlərlə qaçqın ölkəsinə qayıtmalı olacaq”.

Nazir onu da söyləyib ki, Əfqanıstandan gələn miqrantlarım sayının artması qəbuledilməzdir və əfqanlar öz ölkələrində qalmalıdırlar. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM