Almaniya Bundestaqı almaniyalı hərbçilərin Suriyada İŞİD-ə qarşı əməliyyatda iştirakını nəzərdə tutan qanun layihəsini təsdiq edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, 446 deputat müvafiq sənədin lehinə, 146 nəfər əleyhinə səs verib.
Əməliyyatda quru qoşunların iştirakı nəzərdə tutulmur. Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib ki, hökumətdə ümumiyyətlə belə bir plan nəzərdən keçirilmir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !