Almaniya polisi Tunberqi mədən ərazisindən qovdu

22:00 | 16.01.2023
Almaniya polisi Tunberqi mədən ərazisindən qovdu

Almaniya polisi Tunberqi mədən ərazisindən qovdu

Almaniya polisi isveçli məşhur iqlim aktivisti Qreta Tunberqi etiraz üçün gəldiyi mədən ərazisindən zorla uzaqlaşdırıb.
 
Hadisə Almaniyanın Lützeras bölgəsində yaşanıb.
 
Belə ki, ərazidəki mədənlərin və sənaye müəssisələrinin ətraf mühitə ziyan vurmasına etiraz məqsədilə 70 nəfərlə birlikdə aksiya keçirməyə çalışan Tunberqi polislər qolundan tutub itələyərək oradan uzaqlaşdırıb.
 
Buna sərt reaksiya verən Tunberq 2023-cü ildə hələ də belə şeylərin baş verməsinə inanmaq istəmədiyini bəyan edib.
 
Bundan əvvəl 35 min nəfərin iştirakı ilə keçirilən aksiyaya qatılan ekoaktivist xalqın gücününün və demokratiyanın nələrə qadir olduğunu göstərəcəyini söyləmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM