Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bildirib ki, Ukrayna münaqişəsinin yenidən gərginləşməsinə yol verilməməməlidir.
O belə bir bəyanatla iyunun 4-də Berlində ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
O qeyd edib ki, biz bütün Minsk prosesinin pozulmamasına təminat verməliyik.
Buna görə də bütün tərəflərdən, xüsusilə də mayın 3-də atəşkəsin pozulmasına görə cavabdehlik daşıyan separatçılardan Minsk razılaşmasına dönməyi gözləyirik-deyə o vurğulayıb.
Frank-Walter Steinmeier qeyd edib ki, əgər vəziyyət yenidən Rusiya tərəfindən pozulsa böyük 7-lər qrupu Moskvaya bildirməlidir ki, ona qarşı sanksiyalar tətbiq ediləcək. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !