Almaniya Rusiyanın "COVID-19”a qarşı hazırladığı "Sputnik V” peyvəndi üçün rəsmi Moskva ilə ikitərəfli danışıqlara başlamaq niyyətindədir, bu barədə Almaniyanın səhiyyə naziri Jens Spahn bildirib.
" Biz Rusiya peyvəndini alacağımızı Avropa İttifaqına bildirmişik . Hansı miqdarda və nə vaxt alcağımızı danışacağıq. "Sputnik V” peyvəndinə dördüncü mərhələdə və ya 2022-ci ildə ehtiyacımız ola bilər”, deyə nair vurğulayıb.