• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya Tehrana etiraz edib

Almaniya Tehrana etiraz edib
29.10.2024 18:17

Almaniya hakimiyyəti iki vətəndaşlığı olan (İran və Almaniya) Camşid Şarmahdın edamı ilə əlaqədar Tehrana etirazını bildirib. Bu barədə Associated Press xəbər verib.

 

Almaniya səfirini Tehrandan geri çağırılıb.


"İranın Berlindəki işlər üzrə müvəkkili Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Tehranın hərəkətləri ilə bağlı qəti etiraz bildirilib," – Almaniya Xarici İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.


İran Ədliyyə Nazirliyinin məlumatına görə, Şarmahd bir gün əvvəl edam edilib. O, terror fəaliyyəti, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqatlar Bürosu (FBI) və Mossad ilə əməkdaşlıq, həmçinin İran monarxiya təşkilatı ilə əlaqədə olmaqda günahlandırılmışdı.

 

Şarmahd ABŞ-da yaşayırdı, lakin 2020-ci ildə BƏƏ-də olduğu zaman İran xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində İrana gətirilib. 

 

Ona ölüm hökmü 2023-cü ildə çıxarılmış və bunun ardınca Almaniya İrandan iki diplomatını geri çağırmışdı. Hökm 2024-cü ilin aprelində təsdiqlənib.

 

N.Təbrizli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adanada zəlzələ olub
Dünya 23:42
Adanada zəlzələ olub
Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım ayıracaq
Dünya 23:09
Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım ayıracaq
Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Dünya 22:59
Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Paşinyan Makronla görüşüb
Dünya 21:09
Paşinyan Makronla görüşüb
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
Dünya 20:00
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib
Dünya 17:54
İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - yenilənib
Dünya 16:55
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - yenilənib
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
Dünya 15:35
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər
Dünya 14:48
COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol