Almaniya Ukraynaya sülhməramlı göndərməyə hazır olduğunu deyir

09:03 | 18.12.2024
Almaniya Ukraynaya sülhməramlı göndərməyə hazır olduğunu deyir

Almaniya Ukraynaya sülhməramlı göndərməyə hazır olduğunu deyir

Almaniya öz sülhməramlı qüvvələrini Ukraynaya göndərməyə hazırdır. bir şərtlə ki, Moskva və Kiyev arasında sülh razılaşması əldə olunsun. Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Pistorius vurğulayıb ki, Ukraynada hərbi mövcudluğun istənilən formasını müzakirə etmək hələ tezdir, çünki hələlik fəal sülh danışıqları aparılmır.

"Əgər atəşkəs əldə olunarsa, Qərb ictimaiyyəti,  NATO üzrə tərəfdaşlarımız və ola bilsin ki, BMT və Avropa İttifaqı sülhün necə təmin oluna biləcəyini və bu atəşkəsə riayət olunmasını müzakirə etməli olacaqlar. Və təbii ki, Almaniya Avropanın ən böyük iqtisadiyyatı kimi bu prosesdə mühüm rol oynaya bilər”.

Dekabrın 16-da Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Aİ xarici işlər nazirləri son iclasda münaqişə başa çatdıqdan sonra Ukraynaya sülhməramlı missiya göndərilməsi ideyasını müzakirə etməyiblər.

Bundan əvvəl Reuters mənbələrə istinadən yazıb ki, Aİ ölkələri arasında münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərilməsi ilə bağlı konsensus yoxdur, ona görə də bu məsələnin həlli üçün bir neçə dövlətin koalisiyasının yaradılması variantı nəzərdən keçirilir.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM