"Hazırda vəziyyət təhlükəlidir. Sülh və sabitlik elə kövrək olub ki, mövqeyimizi mükəmmələşdirməyə aylar lazım ola bilər".
"Report"un məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin Belqradda keçirilən toplantısında bildirib. O, Almaniyanın ATƏT-ə sədrlik edəcəyi dövrdə qurumun fəaliyyətində üstünlük verəcəkləri məsələlərdən danışıb. Almaniyalı nazir terror hücumları və qaçqın axınından danışıb. O, noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiya təyyarəsi ətrafında yaranan vəziyyətlə bağlı bunları deyib: "Bu yaxınlarda Rusiya təyyarəsinin vurulması zamanı ATƏT-in üzvü olan iki dövlətin Silahlı Qüvvələrinin birbaşa hərbi qarşıdurma vəziyyətinin şahidi olduq", - o vurğulayıb. Qeyd edək ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !