"Almaniya sərhədlərində nəzarət tədbirlərinin tətbiqindən sonra ilk 23 gün ərzində federal polis 3778 icazəsiz giriş cəhdini qeydə alıb”, - nəşr yazır.
"Spiegel”in məlumatına görə, sentyabrın 16-dan oktyabrın 8-dək 2462 nəfərin Almaniyaya girişinə icazə verilməyib, daha 100 nəfər isə daha əvvəl ölkədən deportasiya edildiyi üçün ölkəyə buraxılmayıb.
Polis həmçinin sərhədi keçməyə çalışan təxminən 600 nəfəri həbs edib, onlardan təxminən 60-ı sağçı, islamçı və ya solçu ekstremist kimi axtarışda olub.
Sentyabrın 9-da Almaniyanın daxili işlər naziri Nensi Fesser miqrant axınını azaltmaq və terror təhlükəsi ilə mübarizə çərçivəsində Almaniyanın bütün quru sərhədlərində müvəqqəti nəzarət tədbirlərinin tətbiqinə göstəriş verib. Avropa Komissiyasına izahat məktubunda Feser bildirib ki, miqrantları qəbul etmək üçün ölkənin və onun federal ərazilərinin resursları "praktiki olaraq tükənib”.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !