Avtobus toqquşmadan sonra yanıb.
Almaniyanın Bavariya bölgəsində içərsində turistlər olan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 31 nəfər xəsarət alıb.
"Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.
İnformasiyaya əsasən, avtobus yük maşını ilə toqquşduqdan sonra yanıb.
Avtobusda 48 sərnişin olub. Onların 17-sinin taleyindən hələ məlumat yoxdur.
İlkin məlumata görə, avtobus Nyürnberqə doğru hərəkət edirmiş.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !