Qanunun qəbul edilməsinə 360 deputat səs verib.
Almaniya Bundestaqında cümə günü bir sıra hallarda insanların həyatla könüllü olaraq vidalaşmalarına icazə verən qanun səsverməyə çıxarılıb, Associated Press məlumat yayıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, qanuna görə, müalicəsiz xəstəliyə düçar olan xəstələr və onların qohumları "xeyirxah motivlərdən çıxış edərək fərdi əsasda” evtanaziyanın həyata keçirilməsinə vasitəçilik etmək hüququna malikdirlər.
Amma eyni zamanda qanun evtanaziyanın kommersiya əsasında həyata keçirilməsinə vasitəçiliyini qadağan edir. Bu bölmədə göstərilən qaydanın pozulması üç il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qanunun lehinə 360 deputat, əleyhinə isə 233 deputat səs verib.
Evtanaziya haqqında qanunun bu versiyasını daha öncə Almaniya kansleri Angela Merkel və Bundestaqda müxtəlif partiyaların nümayəndələri dəstəkləmişdilər.
Almaniyanın sabiq ədliyyə naziri Briqitte Tsipris qanunu hüquqi ifadələrin qeyri-dəqiqliyi üçün tənqid edib.
O əlavə edib ki, onun qanuniliyi Almaniyanın Konstitusiya məhkəməsində müzakirə ediləcək.
Associated Press qeyd edir ki, Almaniya üçün evtanaziya çox həssas məsələdir, belə ki, bu prosesə son dəfə nasistlərin hakimiyyəti dövründə icazə verilmişdi. O zaman fiziki çatışmazlığı və psixi xəstəliyi olan 200 mindən çox adam öldürülmüşdü.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !