Almaniyada gürcüstanlı və türkiyəli azarkeşlər arasįnda dava olub

19:48 | 18.06.2024
Almaniyada gürcüstanlı və türkiyəli azarkeşlər arasįnda dava olub

Almaniyada gürcüstanlı və türkiyəli azarkeşlər arasįnda dava olub

Gürcüstan və Türkiyə yığmalarının azarkeşləri futbol üzrə Avropa çempionatının oyunu başlamazdan əvvəl stadionda dava salıblar.Bu barədə "Reuters" məlumat yayıb.

Türkiyəli azarkeşlərin olduğu hissə qapının arxasında yerləşir. Onun yanında küncdə Gürcüstan millisinin azarkeşləri var. Bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Hər iki tərəf də bir sektordan digərinə yad əşyalar atıb.

Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.
 
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda Türkiyə və Gürcüstan yığmaları üz-üzə gələcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür