Almaniyada inflyasiya 2022-ci ildə rekord həddə çatıb

13:31 | 17.01.2023
Almaniyada inflyasiya 2022-ci ildə rekord həddə çatıb

Almaniyada inflyasiya 2022-ci ildə rekord həddə çatıb

Almaniyada inflyasiya 2022-ci ildə 7,9%-lə rekord həddə çatıb. Bu barədə ölkənin Federal Statistika Agentliyinin saytında məlumat verilib.

Yüksək inflyasiyanın əsas səbəbi enerji və ərzaq məhsullarının bahalaşması olub. Eyni zamanda, enerji qiymətləri 2021-ci ilin göstəriciləri ilə müqayisədə keçən il ən çox, 34,7% artıb.

Agentliyin məlumatına görə, ötən il Almaniyada inflyasiya yüksək səviyyədə olub. Eyni zamanda, dekabra kimi qiymət artım tempi bir qədər azalaraq 8,6% göstəriciyə çatıb.


Yanvarın 13-də "Praym” Almaniya Federal Statistika İdarəsinə (Destatis) istinadən xəbər verib ki, ilkin hesablamalara görə, Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniyanın ümumi daxili məhsulu 2022-ci ildə 1,9% artıb. Əvvəlki proqnozlara görə, Almaniyanın ÜDM-i keçən il 1,8% artmalı idi. Bu qiymətləndirməni DailyFX portalının sorğusunda iştirak edən analitiklər verib. Beləliklə, Almaniyada ÜDM artımı proqnozlaşdırılandan 0,1 faiz bəndi yüksək olub.

Bundan əvvəl Der Spiegel biznes jurnalı Linzdən olan maliyyəçi Fridrix Şnayderin müvafiq hesablamalarına istinadən yazır ki, bu il Almaniya iqtisadiyyatının "kölgə” sektorunun həcmi 22,1 milyard avro artaraq 360,31 milyard avroya çatacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb