Almaniyada inflyasiya rekord həddə çata bilər

10:13 | 30.11.2022
Almaniyada inflyasiya rekord həddə çata bilər

Almaniyada inflyasiya rekord həddə çata bilər

Enerji böhranı fonunda Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətində fövqəladə vəziyyət elan edilib. Bu barədə Westdeutscher Rundfunk ictimai yayımı məlumat yayıb.

İqtisadi problemləri həll etmək üçün regional hökumət 5 milyard avro məbləğində borc öhdəlikləri götürməyi planlaşdırır və üzərinə yeni borc öhdəlikləri götürməyə məcburdur”, -  bildirilib.

Şimali Reyn-Vestfaliya enerji daşıyıcılarının qiymətlərinin qalxmasından xüsusilə təsirlənir, çünki Reyn və Ruhr çaylarında çoxlu enerji tutumlu sənaye müəssisələri yerləşir.

Avropada enerji böhranı Rusiyadan tədarükün azalması səbəbindən yaranıb. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, noyabrda ölkədə inflyasiya rekord həddə – 10%-ə çata bilər.
 
Die Welt qəzeti Alman Sənaye Birliyinin (BDI) baş direktoru Tanya Gönnerin sözlərinə istinad edərək, məhsulları əsasən ixracyönümlü olan Almaniya iqtisadiyyatının güclənən enerji böhranından ağır zərbə aldığını yazıb.
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb