Almaniyada qaçqınlar üçün sığınacaq alovlandı

15:48 | 08.10.2015
Almaniyada qaçqınlar üçün sığınacaq alovlandı

Almaniyada qaçqınlar üçün sığınacaq alovlandı

Son beş gün ərzində böyük mühacir axını ilə qarşılaşan Almaniyada qaçqınlar üçün sığınacaq iki dəfə yanıb.  

Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə İnqolştadda (Bavariyanın federal torpağı) baş verib.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb, onlar dəm qazından boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Sığınacaqda 100 mühacir yaşayıb, yanğın zamanı onların neçəsinin binada olması dəqiqləşdirilmir.

Hadisənin səbəblərini polis müəyyən etməlidir, amma belə hallar son zamanlarda artdığı üçün hüquq-mühafizə orqanı əməkdaşları bilərəkdən yandırmanı da istisna etmirlər.

Qaçqınlar üçün sığınacaqda son yanğın bazar günü - oktyabrın 4-də Frimarda (Türingiyanın federal torpağı) baş verib.

Sentyabrın sonunda Visbadendə cinayət işləri üzrə federal idarədən bildirildiyinə görə, Almaniyada mühacirlərin yaşadıqları mərkəzlərə hücumların sayı 437-yə çatıb, bu isə 2014-cü il göstəricilərindən iki dəfə çoxdur.

Almaniya ilk növbədə Suriya və Əfqanıstandan olan böyük mühacir axını ilə qarşılaşıb. Müxtəlif dəyərləndirmələrə görə, ölkədə 800 mindən 1 milyona qədər qaçqın qeydiyyatdan keçiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM