Almaniyada "Xocalı" mitinqi keçirildi

11:00 | 25.02.2014
Almaniyada "Xocalı" mitinqi keçirildi

Almaniyada "Xocalı" mitinqi keçirildi

Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman-Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Almaniyanın Köln şəhərində, “Köln Ev” adlanan yerdə Xocalı soyqırımına həsr olunmuş yürüş-mitinq keçirilib. ANN.Az-ın Diasporla iş üzrə Dövlət Komitəsinin saytına istinadən verdiyi məlumata görə, 500-dən artıq insanın qatıldığı aksiya Azərbaycan himninin oxunması ilə başlayıb.Mitinqdə səsgücləndirici vasitəsi ilk çıxış edən Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Altay Rüstəmli Xocalı soyqırımı və Qarabağ həqiqətləri haqqında alman dilində məlumat verib və baş verənlərin heç vaxt unudulmayacağını bildirib.Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov isə öz çıxışında 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə şahidi olduğu hadisələri bölüşüb: “Bu vəhşilikəri yaşayan və görən biri kimi o hadisələri sizlərin təsəvvüründə canlandırmaq mənim üçün çox çətindir. Xocalının işğalından sonra sağ qalan insanlar qırğından canlarını qurtarmaq üçün müxtəlif istiqamətlərə hərəkət edib. Bu, 1948-ci il Cenevrə Konvensiyasının müddəalarına görə, bir soyqırım aktıdır. Hadisənin 22 il keçməsinə baxmayaraq, bu qətliam hələ də dünya birliyi tərəfindən layiqincə qiymətləndirilməyib və icraçılar cəzalandırılmayıblar”. C.Ələkbərov “Biz xocalılıların tək istəyi dünyanın bu hadisəyə duyarsız qalmaması, bu qətliamı bir türkün və müsəlmanın soyqırımı kimi deyil, insanlığın məhv edilməsi kimi dəyərləndirməsidir” - deyə əlavə edib. “Dövlətimizin bu istiqamətdə, ümumiyyətlə, ümummilli məsələlərlə bağlı sistemli şəkildə fəaliyyəti səmərəli nəticəsini verməkdədir. Bu istiqamətdə diaspor təşkilatlarımızın gördüyü işlər danılmazdır. Bu da yaxın gələcəkdə Xocalı soyqırımını dünya birliyi tərəfindən soyqırım aktı kimi tanınmasına təkan verəcək”.Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Səftər Rəhimli bildirib ki, ikiyə bölünmüş Azərbaycan daim erməni terroru ilə üz-üzə qalıb. S.Rəhimli Almaniyada yaşayan bütün türkləri birlik və həmrəyliyə çağırıb: “Ermənilər dəfələrlə Azərbaycan türklərinə qarşı soyqırım törədiblər ki, onların da ən dəhşətlisi Xocalı qətliamıdır. Burada yaşayan türklər mövqeyindən, düşüncəsindən, asılı olmayaraq, ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməli, bir olmalıdır”.Qeyd edək ki, aksiyaya Avropanın müxtəlif ölkələrindən gəlmiş insanlar, o cümlədən Köln Dayanışma Azərbaycan Dərnəyinin rəhbəri Ufuk Kamal, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naiba Hacıyeva, Köln Ülkü Ocaqları, Atatürkçü Düşüncə Dərnəyinin üzvləri, diaspor fəalları, həmçinin almanlar dəstək veriblər.Aksiyaya maraq göstərən yerli sakinlərə və turistlərə Xocalı soyqırımına dair broşürlər paylanılıb. Xüsusilə, gənclərimiz turistlərə ayrı-ayrılıqda Ermənistanın Azərbaycana təcavüzü, Xocalıda azərbaycanlılara törətdikləri vəhşiliklər haqqında məlumat veriblər.Mitinqin sonunda Kölndə yaşayan tarzən Vahid Vəliyevin ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM