Almaniyadan gələn "Novruz" çadırları - FOTO

10:45 | 15.03.2014
Almaniyadan gələn "Novruz" çadırları - FOTO

Almaniyadan gələn "Novruz" çadırları - FOTO

Bu gündən etibarən mart ayının 20-nə kimi Bakının Binəqədi, Xətai, Yasamal və Nərimanov rayonlarında kənd təsərrüfatı mallarının yarmarkası təşkil ediləcək. 

Kənd Təsərrüfatı Nazirliyinin işçisi, yarmarkanın qrup rəhbəri  Savalan Seyfəddinov “Axar.az”a yarmarkalarda kənd təsərrüfatı və ərzaq məhsullarının satışı həyata keçiriləcəyini bildirib. Yerli icra orqanları və Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka digər nazirliklərin də dəstəyi ilə həyata keçirilir. Yarmarkada kənd təsərrüfatı mallarından başqa çay, şirniyyat kimi məhsullar istehsal edən şirkətlərin məhsulları da satışa çıxarılıb.   Qeyd edək ki, bu il Bakının 7 ərazisində açılması nəzərdə tutulan yarmarkalardan artıq 5-i fəaliyyətə başlayıb. Hər bir şəraiti olan yarmarka çadırları Almaniyadan gətirilib. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti