Almaniyadan kitablarla bağlı sərt qərar

15:07 | 27.06.2015
Almaniyadan kitablarla bağlı sərt qərar

Almaniyadan kitablarla bağlı sərt qərar

Almaniyada erotik elektron kitablar bundan sonra yalnız gecələr satılacaq.
 
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada erotik elektron kitablar gecə saat 22.00-dan səhər saat 06.00-a qədər satılacaq. Bu qərar azyaşlıların cinsi məzmunlu kitabları asanlıqla əldə etməsinin qarşısını almaq məqsədilə qəbul edilib.
 
Gənclik Qoruma Dairəsi tərəfindən qəbul olunan bu qərar səs-küyə səbəb olsa da, artıq kitab satan sahibkar və müəssisələr sözügedən qərara necə əməl etmək variantları haqda ətraflı müzakirələr aparırlar.
 
Sözügedən qanuna əməl etməyənlər 50 min avro dəyərində cərimələnəcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM