Almaniyadan PKK-ya silah yardımı iddiası

11:46 | 14.02.2015
Almaniyadan PKK-ya silah yardımı iddiası

Almaniyadan PKK-ya silah yardımı iddiası

Almaniyanın keçən il İraqdakı Peşmərgə qüvvələrinə göndərdiyi çox sayda silahın terror təşkilatı PKK-nın əlinə keçdiyi iddia edilib.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Şpiegel" həfətlik nəşri məlumçat yayıb. Məlumata görə  almanlara aid Milan tipli raketlər və DM51A1 tipli əl bombaları PKK-nın əlinə keçib.
 
Almaniya, terror təşkilatı İŞİD-in İraqda olan fəaliyyətlərindən sonra Peşmərgəyə 70 milyon dəyərində silah və hərbi təchizat göndərib.   Alman müdafiə naziri Ursula von der Leyen, 100 min Peşmərgədən 10.000-nin  təhciz edildiyini açıqlamışdı. Alman ordusuna aid silahlar keçən il təyyarə ilə Ərbildə göndərilərkən, silahların IŞİD-ə qarşı döyüşən PKK-nın əlinə keçmə ehtimalı gündəmə gəlmişdi. Almaniya kansleri Merkel, Peşmərgəyə silah yardımı qərarı alıb. Bundan sonra isə, PKK-ya da silah yardımı gündəmə gəlib və Merkel, PKK-ya silah verilməyəcəyini bildirib.  

Xatırladaq ki, Almaniya bir həftə əvvəl İŞİD-ə qarşı mübarizədə yardımı genişlədib.Verilən məlumata görə, Almaniya Peşmərgəni hərbi təchizat və silah yardımı ilə fevral ayının sonuna qədər təhciz edəcək və Almaniya Peşmərgə güclərinə 500 Milan tipli raket və bu mərmiləri fırlatma zamanı istifadə edilən 30 Milan mərmi atma sistemi göndərəcək.   

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM