"Əgər Rusiya Ukraynaya müdaxiləsi ilə bağlı yaranmış gərginliyin azaldılması üçün addımlar atmasa..."
"Əgər Rusiya Ukraynaya müdaxiləsi ilə bağlı yaranmış gərginliyin azaldılması üçün addımlar atmasa, Avropa Birliyi sanksiyaların növbəti səviyyəsinə keçməli olacaq”. Bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib.
Nazirin sözlərinə görə, bazar ertəsi və ya çərşənbə axşamı danışıqlar aparılacaq. Əgər danışıqlarda Rusiya beynəlxalq formatın yaradılmasına razılıq verməsə bu addım atılacaq. Sanksiyaların ikinci səviyyəsi Ukraynada yaranmış böhrana cavabdeh olanların Avropa Birliyi məkanına səfərlərinə məhdudiyyət qoyulmasını, onların AB ölkələrindəki aktivlərinin dondurulmasını planlaşdırır.
Qeyd edək ki, ötən həftənin cümə axşamı Avropa Birliyi Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı olaraq sanksiya paketi qəbul edib: Rusiya ilə viza rejiminin yumşaldılması və əməkdaşlıq haqqında danışıqları dayandırıb.
ABŞ-da həmin gün Rusiyaya qarşı sanksiyaların ilk hissəsini tədbiq edib və növbətilərin olması barədə xəbərdarlıq edib.
ANSPRESS