Almaniya parlamentinin deputatları Yunanıstanın 86 milyard avro borcunun ödənilməsi ilə bağlı danışıqların lehinə səs verib.
ANS PRESS-in məlumatına görə, təklif böyük səs çoxluğu ilə qəbul edilib.
Səsvermədən öncə kansler Angela Merkel Bundestag-ın planı dəstəkləməyəcəyi halda, "gözlənilən xaos” təhlükəsinin olduğunu bildirmişdi. Bundan əvvəl isə Yunanıstan parlamenti artıq Фvrozonanın tələb etdiyi qənaət tədbirlərinin lehinə səs verib.
Almaniya, avrozonanın kredit anlaşmasının həyata keçirilməsinə "yaşıl işıq" verməli olan bir neçə ölkəsindən biridir.
Səsvermədən öncə bir neçə mühafizəkar deputat Yunanıstana maliyyə yardımını düzgün hesab etmirdi.
Səsvermə, bazar ertəsi təxminən üç həftədir ki bağlı olan yunan banklarının fəaliyyətini bərpa edəcəyi barədə məlumatlardan sonra gəlir.
Səsvermənin nəticələri üçüncü yardım paketini müzakirə etmək üçün Merkelə yaşıl işıq yandırır
Lakin Yunanıstanda bankdan gündəlik yalnız 60 avro çıxarılması qaydası tədricən ləğv ediləcək. Bundan əvvəl, avrozona nazirləri bütün Avropanı əhatə edən maliyyə fondundan Yunanıstana 7 milyard avro kredit verməyə razılaşıb.Bu, çərşənbə axşamı Yunanıstan parlamentinin kreditçilərin təkliflərini qəbul etmək barədə səsverməsindən sonra baş verib.
Fransa və Finlandiya parlamentləri anlaşmanı artıq təsdiqləyib.Maliyyə böhranı keçirən Yunanıstanın dövlət borcu 320 milyard avrodur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !