Almaniyalı deputat: “Ermənistana təzyiqlər gücləndirilməlidir”

19:15 | 11.08.2014
Almaniyalı deputat: “Ermənistana təzyiqlər gücləndirilməlidir”

Almaniyalı deputat: “Ermənistana təzyiqlər gücləndirilməlidir”

Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə Parlament qrupunun sədri, millət vəkili Yohannes Kahrs (SPD fraksiyası) Almaniyanın “Hauptstadt İNSEDER” nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyanatla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, avqustun 8-də dərc olunmuş bəyanatda deyilir: “Artıq bir neçə gündür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması ucbatından günahsız insanlar həlak olur. İyirmi bir ildir ki, BMT vasitəçilik etməyə çalışır. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini rəhbər tutan beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və 7 ətraf rayondan Ermənistan işğalçı qüvvələrinin dərhal çıxarılmasını tələb edir. Amma bu məsələdə heç bir müvəffəqiyyət əldə olunmayıb. Son əsgər ölümlərindən sonra Qərb dövlətləri ilə Rusiya gərək bu qeyri-qanuni işğala son qoyulması üçün Ermənistana təsir imkanlarını gücləndirməlidir. Əks halda Qafqazda növbəti müharibə ocağı ilə üzləşməli olacağıq”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM