Almaniyanın xarici işlər naziri Azərbaycana gəlir

18:59 | 22.10.2014
Almaniyanın xarici işlər naziri Azərbaycana gəlir

Almaniyanın xarici işlər naziri Azərbaycana gəlir

Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer Azərbaycana gəlir.APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumatına görə, Almaniya XİN başçısının Azərbaycana səfəri oktyabrın 23-də baş tutacaq. Səfər çərçivəsində Ştaynmayer Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. Almaniya XİN başçısı daha sonra İrəvana səfər edəcək, Ermənistan rəsmiləri ilə görüşəcək. Qeyd olunur ki, Ştaynmayer səfər zamanı Azərbaycan və Ermənistan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsini və onun həll yollarını müzakirə etməyi planlaşdırır. Səfər barədə Azərbaycan XİN də məlumat yayıb. XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, 22-23 oktyabr tarixilərində Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Ştanmayerin Azərbaycanın xarici işlər naziri E. Məmmədyarov ilə görüşü nəzərdə tutulur. Görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM