Almaniyanın müdafiə naziri Ursula von der Leyen Bavariya əyalətinə ezam olunmuş peşmərgə hərbçilərinə şəxsən özü təlim keçib. Xanım nazir 32 nəfər kürd əsgərini ziyarət edərkən onların hərbi sursatlardan istifadəni öyrənmək üçün böyük həvəs nümayiş etdirməsini dəyərləndirdiyini və bundan təsirləndiyini dilə gətirib. Təlimlər içərisində "Milan" tipli tankəleyhinə silahın işlədilmə mexanizmi də var. Kurslarda iştirak edən 32 peşmərgə kürdü vətənə döndükdən sonra digər döyüşçüləri təlimatlandıracaqlar. "Milan" tipli tankəleyhinə olan bu silah 2 kilometr uzaqlığında olan tankı vurma qabiliyyətinı malikdir.Almaniya hökuməti kürdlərə 500 "Milan" tipli mərmi, 16 min tüfəng və çox sayda arsenal göndərməyi planlaşdırır. Ümumilikdə, 10 min peşmərgə döyüşçüsünün silahlandırılması gözlənilir.Kürd əsgərlərlə söhbət edən nazir Ursula von der Leyen Şimali İraqa gələcəyini və Məsud Bərzani ilə görüşəcəyini bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !