“Bir ildən çox olar ki, Elçibəygilə getmirəm”. Bunu Modern.az saytına aşıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. O bildirib ki, Elçibəyin oğlu Ərturqutla yalnız telefonla əlaqə saxlayır. “On beş gün bundan qabaq telefonla danışmışıq. Dedim ki, iş məsələsində axtarışdan yorulmusansa, hansı işi deyirsən ora düzəldək. Cavab verdi ki, problemi özüm həll edəcəyəm”. Qardaşı oğlu ilə ancaq toyda- yasda görüşdüyünü deyən Almurad Əliyev söylədiyinə bunu da əlavə edib: “Allaha şükür, heç bir şeyə ehtiyacları yoxdur. Evlərinə nəyə gedim? Bir anası, bir də oğludur. Nəyəsə ehtiyacları olanda deyirdilər, eləyirdim. Demək olar ki, bir ildən çoxdur ki, evlərinə getmirəm. Əvvəllər toyda, yasda görüşürdük. İndi yalnız telefonla əlaqə saxlayırıq. Bayramda da özləri bizə gəlir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !