Bu gecə Şimal bölgəsində müşahidə edilən dondurucu soyuğa baxmayaraq ötən ilin sonu itkin düşən 3 alpinistin axtarışı dayandırılmayıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, ən çox şaxta məhz axtarışların aparıldığı istiqamətlərdə qeydə alınıb. Qubanın Xınalıq kəndində havanın temperaturu -12 dərəcəyə, 15 km aralıda yerləşən Şahdüzü və Tufandağ istiqamətində isə -20 dərəcədən çox düşüb.
Fövqəladə Hallar Nazirliyinin Xaçmazdakı şimal regional mərkəzindən ancaq axtarışların davam etdirildiyi deyilib və əlavə məlumat verilməyib.
İstiPress-in əldə etdiyi məlumata görə, FHN-nin xilasediciləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da hadisə yerindədirlər, axtarışlar dayandırılmayıb. Ərazidə 20 dərəcəyə yaxın şaxta və qatı duman olsa da, hava şəraiti imkan verən kimi axtarışlar davam etdirilir. Axtarışlar olduqca çətin hava şəraitində aparılır, qar uçqunu təhlükəsinin qarşısını almaq üçün xilasedicilər qısa fasilələrlə işə davam etməli olurlar.
Məlumata görə, həftəsonu axtarış aparılan əraziyə bir neçə yeni avadanlıq da gətirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !