Quba rayonda dağlıq ərazidə itkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı ilə əlaqədar yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilir.
APA-nın məlumatına görə, müşavirədə fövqəladə hallar nazirinin müavini, general- leytenant Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini müavini Firdovsi Əliyev və qərargahın rəhbərliyi iştirak edir.
Qeyd edək ki, Quba rayonu ərazisində itkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarış işləri davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !