Trend bildirir ki, bunu itkin düşmüş 3 nəfər alpinistin axtarışlarına cəlb edilən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer deyib.
O qeyd edib ki, hazırda axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşən 3 nəfər alpinist axtarışı ilə bağlı əllərindən gələni edirlər.
O bildirib ki, alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin havaşəraitinə görə marşrutu dəyişiblər: "Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə, Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi, həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !