Altay Mehdiyevin oğlu işdən çıxarıldı

13:30 | 12.02.2014
Altay Mehdiyevin oğlu işdən çıxarıldı

Altay Mehdiyevin oğlu işdən çıxarıldı

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşeliyində kadr dəyişikliyi olub.Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Hərbi attaşenin köməkçisi, polkovnik-leytenant Vüqar Altay oğlu Mehdiyev vəzifəsindən azad edilərək geri çağırılıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən V. Mehdiyevin Azərbaycanda hərbi hissələrdən birində vəzifəyə təyin olunduğu bildirilib.Qeyd edək ki, V. Mehdiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq qərargah rəisi və komandanı vəzifəsini icra etmiş general-mayor Altay Mehdiyevin oğludur.O, 2012-ci ildə Türkiyədə hərbi attaşenin köməkçisi təyin olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb