Altı ayda "Bakı Fond Birjası"nın dövriyyəsi 2,3 dəfə artıb

10:30 | 08.07.2024
Altı ayda

Altı ayda "Bakı Fond Birjası"nın dövriyyəsi 2,3 dəfə artıb

2024-cü ilin altı ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri  17 milyard 651,527 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Bu barədə BFB-dən bildirilib. 
 
 
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 33,7 % artaraq 7 053 olub.

Həmçinin  dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 14,7 % artaraq 3 653,513 milyon manat, korporativ qiymətli kağızlarının dəyəri isə 72,4 % artaraq 1 milyard 172,885 milyon manat təşkil edib. 
 
 
Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası olan "Bakı Fond Birjası" Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır.
 
BFB 1997-ci ildə təsis edilib və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılmasıdır. 

Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edən  "Bakı Fond Birjası" QSC-nin yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
 
Aytac Zeynalova 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM