2024-cü ilin altı ayında orta hesabla bir nəfər 245,9 manatlıq ərzaq, içkilər və tütün məmulatları, 199,8 manatlıq qeyri-ərzaq malları alıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
"2024-cü ilin birinci yarısında istehlakçıların pərakəndə
ticarət şəbəkəsində xərclədiyi vəsaitin 55,2 faizi ərzaq məhsulları,
içkilər və tütün məmulatlarının, 12,9 faizi toxuculuq məhsulları,
geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel
yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,3 faizi
əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər,
telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi
isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub", - açıqlamada deyilir.
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq ümumi daxil məhsul istehsal olunub.
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !