2024-cü ilin altı ayında sığorta şirkətləri tərəfindən 725,162 milyon manat sığorta haqqı yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% çoxdur. Bu barədə Mərkəzi Bankdan bildirilib.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı ödəniş edilib.
Ötən ilin eyni dövründə bu göstərici 34,7 manat olub.
2024-cü ilin yanvar-mayında ölkədəki 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb.
2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.
Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib ki, 2024-cü ildə Azərbaycanın sığorta bazarında 10-15 % artım gözlənilir.

Hazırda ölkədə 17 sığorta şirkəti fəaliyyət göstərir.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !