"Bizə verilə möhlət bitsə də, müzakirələr başa çatmayıb. İştirakçılar Vyanda daha bir həftə qalıb, müzakirlərəi başa çatdırmaq qərarına gəlib".
"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Abbas Arakçi deyib.
Atom-nüvə proqramı üzrə "altılıq" ölkələri ilə danışıqlarda İranı təmsil edən nümayəndə heyətinin başçısı olan A.Arakçi bildirib ki, tərəflər arasında razılıq əldə edilməyən bir sıra mübahisəli məsələlər mövcuddur:
"Yazılmayan bəzi mətnlər var. Müzakirələrə müsbət ovqatda hakimdir".
"Yeddi günə razılaşma əldə olunması mümkündürmü" sualına cavabında nazir müavinin deyib: "Nəticə əldə edəcəyimizə ümid edirik. Bizim üçün konkret müddətə nəticəyə nail olmaq hədəf deyil, bizdən ötrü müəyyən əsaslar üzrə razılığın əldə olnması mühümdür".
Qeyd edək ki, iyunun 30-da İranın atom-nüvə proqramı üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrinin təmsilçiləri ilə Tehranın nümayəndə heyəti arasında yekun razılıq sənədi imzalanmalı idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !