Alyaska sahillərində 8.2 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin saytında məlumat verilib.
Məlumatda zəlzələnin Kadyak şəhərinin 278 kilometr cənub-şərqində meydana gəldiyi bildirilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
ABŞ rəsmi orqanları ərazidə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !