“Amazon” şirkəti müştərilərinə sifarişi pilotsuz təyyarələrdə çatdırmaq niyyətindədir. “ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bu haqda onlayn xidmətin direktoru Cef Bezos “60 Minutes” proqramında deyib.
Onun sözlərinə görə, “Prime Air” layihəsi çərçivəsində bağlamalar alıcı məhsulu “Amazon” saytından sifariş edəndən 30 dəqiqə sonra çatdırılacaq.
Bezos dəqiqləşdirib ki, “Prime Air” layihəsinin işə salınmasında təhlükəsizlik yoxlanması üçün əlavə sınaqlara ehtiyac var və ABŞ Federal Mülki Aviasiya İdarəsindən icazə almaq lazımdır. İş adamı hesab edir ki, bu layihə 4-5 il ərzində həyata keçiriləcək.
ICTnews
Bizi sosial şəbəkələrdə izləyin !