AMB-nın baş direktoru: “Kredit dərəcələri tezliklə enməyəcək”

14:56 | 12.02.2015
AMB-nın baş direktoru: “Kredit dərəcələri tezliklə enməyəcək”

AMB-nın baş direktoru: “Kredit dərəcələri tezliklə enməyəcək”

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarının kreditlərin illik faiz dərəcəsini tezliklə aşağı salacağını gözləmir.

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə AMB-nin baş direktoru Rəşad Orucov bildirib: "Başa düşmək lazımdır ki, kredit faizlərinin azaldılması prosesi müəyyən vaxt tələb edir”.
 
Onun sözlərinə görə, faizlərin yüksək olması vaxtilə cəlb edilmiş əmanətlərin illik faiz dərəcəsinin yüksək olması ilə bağlıdır: "Kredit dərəcələrinə yenidən baxmaq üçün, depozit dərəcələrini qabaqcadan azaltmaq lazımdır. Hazırda banklar əvvəllər əmanətçiləri ilə bağladıqları əmanət müqavilələri üzrə faiz dərəcələrini azalda bilməzlər”– deyə Rəşad Orucov qeyd edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM