Azərbaycan Mərkəzi Bankı (AMB) "Paşa Bank"da çalışan vəzifəli şəxsi cərimələyib. Bu barədə AMB məlumat verib.
"Cari nəzarət prosesləri zamanı "Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatların Mərkəzləşdirilmiş Kreditə verilməsi Qaydaları”nın 3.3-cü bəndinin tələblərinin pozulması faktı müəyyən edilib.
Bununla bağlı "Paşa Bank” ASC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsi ilə 1500 manat məbləğində cərimələnib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !